AZ

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Koronavirusa qarşı mRNT peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır.

 

Sfera.az xəbər verir ki, şirkət tərəfindən hazırlanmış eksperimental xərçəng peyvəndinin klinik sınaqlarının üçüncü və son mərhələsi davam edir.

 

İngiltərədə davam edən sınaqlarda mRNA peyvəndinin yüksək riskli xəstələrdə dəri xərçəngi ölümlərini yarıya qədər azaltdığı açıqlanıb.

 

Xərçəng hüceyrələri tərəfindən ifraz olunan "neoantigenlərlə" təchiz olunmuş mRNT peyvəndi xərçəng toxumalarına hücum etmək üçün immunitet sistemini aktivləşdirir. Əldə edilən effekt immunoterapiya müalicəsi ilə gücləndirilir.

 

mRNT vaksinin yüksək riskli xəstələrdə immunoterapiya ilə birlikdə tətbiq edildikdə ölüm nisbətini 49 faiz azaltdığı müəyyən edilib.

 

Bildirilir ki, bir illik müalicə müddətində xəstələrə ümumilikdə yeddi doza mRNT peyvəndi və immunoterapiya preparatları verilib. Peyvəndin müxtəlif ölkələrdən 1100 nəfərlə aparılacaq 3-cü faza klinik sınaqlarından sonra istifadəyə təqdim edilməsi nəzərdə tutulur.

 

Ülkər Abdurahmanlı

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla