AZ

“Fənərbağça” “Beşiktaş”a qarşı – İstanbul derbisi

Türkiyə Super Liqasında XXXIV turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması bu gün “Fənərbağça” ilə “Beşiktaş” arasında baş tutacaq. Qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Matçın baş hakimi Volkan Bayarslan olacaq. Ona yan xətt hakimləri Serkan Ok və Serkan Olquncan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Burak Pakkan yerinə yetirəcək.

33 turdan sonra 86 xal toplayan “Fənərbağça” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider “Qalatasaray”dan 7 xal geri qalır. 51 xalı olan “Beşiktaş” isə 4-cü yerdədir.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla