AZ

Ermənistanda delimitasiyaya etiraz edən hərbçilər məsuliyyətə cəlb olundu

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində Azərbaycanla sərhədlərin delimitasiyası haqqında razılaşmaya etiraz edən sakinlərə qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub.

KONKRET.az xəbər verir ki, bu barədə adı çəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, istintaq sirri olduğundan adları ictimaiyyətə açıqlanmayan hərbçilər tabeliyindəki əsgərlərə etirazların baş verdiyi əraziyə getməyi tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə ataraq, aksiya iştirakçılarına qatılıblar.

“Əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir” – məlumatda vurğulanıb. (Apa)

Seçilən
2
6
Mənbələr
Şərh ()
Bağla