AZ

“Kreml Bakı və İrəvan arasında təmasların davam etməsinə tərəfdardır” – Peskov


“Rusiya bütün mübahisəli məsələlərin həlli və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası prosesinə qarşı etirazlara münasibət bildirmək üçün jurnalistlərin sorğusuna cavab olaraq bildirib.
“Biz bu barədə şərh vermək istəmirikş Biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq,. Hesab edirik ki, bu, ümumi gərginlik və sülh müqaviləsinin imzalanmasına tez nail olmaq üçün gündəmdə olan bütün mübahisəli məsələlərin yekun həlli üçün lazımdır”, - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Bəzi sərhəd kəndlərində bu qərara etirazlar olub.
Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla