AZ

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində Azərbaycanın Rusdilli Gəncləri Assosiasiyası ilə birgə “açıq marafon” keçirilib. Gecədə 25-dən çox gənc istedadlı şair çıxış edib.

AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, poeziya Azərbaycan Dövlət Akademik Filarmoniyasının xor kapellasının görkəmli artisti Fərhad Ələkbərovun vokal nömrələri ilə növbələşib, o qonaqlar üçün “Sinyaya veçnost” və “Podmoskovnıye veçera” mahnılarını ifa edib.

Çıxış edənlər arasında gənc istedadlar Məryəm Məmmədova, Əzizə Məmmədova, Albert Bloxin, Zeynalabdin Hacıyev və bəstəkar Vircinio Ayellonun əsərlərini ifa edən Kira Kirilyuk olub.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla