AZ

Bakıda qızıl mağazasından oğurluq oldu – VİDEO

Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.

Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

Seçilən
0
10
Mənbələr
Şərh ()
Bağla