AZ

ABŞ kəşfiyyatı: Navalnini öldürmək əmrini Putin verməyib

ABŞ-da nəşr olunan Wall Street Journal qəzetinin məlumatına görə, ABŞ kəşfiyyat orqanları fevral ayında həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalninin ölüm əmrinin Rusiya prezidenti Vladimir Putin tərəfindən verilmədiyini müəyyən edib.

News24.az xəbər verir ki, öləndə 47 yaşı olan Navalnı Putinin ən sərt tənqidçisi olub. Rusiya hakimiyyəti tərəfindən ekstremist damğası vurulan onun müttəfiqləri Putini onu öldürməkdə günahlandırıb. Onlar iddialarını təsdiqləmək üçün əllərində dəlillər olduğunu bildiriblər.

Kreml Navalnının ölümündə dövlətin əli olduğunu inkar edib. Ötən ay Putin Navalnının ölümünü “kədərli” adlandırıb.

Xəbərə görə, ABŞ kəşfiyyat orqanları məsələ ilə bağlı məlumatlı mənbələrə əsaslanaraq, Putinin Navalnının öldürülməsinə göstəriş vermədiyi qənaətinə gəlib.

Qeyd edək ki, Putinin məsuliyyət daşımadığı iddiası ABŞ kəşfiyyat ictimaiyyətində geniş şəkildə qəbul edilib. Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Kəşfiyyat Direktoru və Dövlət Departamenti də daxil olmaqla bir çox qurum tərəfindən paylaşılıb.

ABŞ-ın qiymətləndirməsi Navalnının ölümünün vaxtı və bunun Putinin yenidən seçilməsinə kölgə salması ilə bağlı bəzi məxfi kəşfiyyat məlumatları da daxil olmaqla ictimaiyyətə açıq olan faktların təhlilinə əsaslanır.

Bildirilib ki, Navalninin yüksək səviyyəli müttəfiqlərindən Leonid Volkov ABŞ-ın tapıntılarını sadəlövh və gülünc adlandırıb.

Günel Məlikzadə

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla