AZ

Bakının mərkəzində qızıl mağazası qarət olundu - VİDEO

Bakının Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb. Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

Seçilən
61
15
Mənbələr
Şərh ()
Bağla