AZ

İngiltərə çempionu olmuş komanda Premyer Liqaya QAYITDI

“Lester” İngiltərə Premyer Liqasına yüksəlib. Komanda bir mövsümlük fasilədən sonra yenidən ən güclülərlə yarışacaq. 

Bizim.Media xəbər verir ki, mövsüm ərzində böyük üstünlük qazanan “tülkülər” ikinci sıradakı “Lids”in KPR-ə 0:4 hesabıyla məğlub olmasından sonra elitaya vəsiqəni erkən təmin edib.

“Lester” 44 turdan sonra 94 xalla turnir cədvəlində birinci sıradadır. Mövsümün yekununa iki tur qalıb və “Lids”in birinci olması mümkünsüzdür.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla