Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci illiyi münasibətilə qanvermə aksiyası keçirib.
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədilə təşkil edilib.
Qanvermə aksiyasına qoşulmaq üçün 250-yə yaxın insan müraciət edib. Tibb heyəti tərəfindən sağlamlıq göstəriciləri əvvəlcədən təyin olunan 109 nəfərdən qan ehtiyatı götürülüb.