AZ

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edildi

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Toplum TV"nin əməkdaşı Cavid Ramazanovun saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, C.Ramazanov barəsində həbs növündən olmayan digər qətimkan tədbiri var:

"O, cinayət işinə cəlb edilmiş şəxs olduğundan dindirilməsi üçün növbəti dəfə istintaqa dəvət edilib".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
28
Mənbələr
Şərh ()
Bağla