AZ

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında göz müayinəsi aksiyası təşkil olunur

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Göz müayinəsi” aksiyasının keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi müayinəsi davam etdirilir.

 

Şirvan ŞMX-dan Aztibb.az-a verilən məlumata görə, xəstəxananın həkim-oftalmoloqları tərəfindən tibbi aksiya çərçivəsində Şirvan sakinlərinin göz müyinələri təşkil olunur. İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun onlara müalicə ilə bağlı tövsiyələr verirlər.

 

Məlumat üçün bildirək ki, həkim-oftalmoloq Günel Sayılova tərəfindən 24 nəfərin gözündə katarakta əməliyyatı icra olunub.

 

Qeyd edək ki, aksiya 20 apreldə start götürüb.

Aksiyanın 30 aprelədək davam etdirilməsi planlaşdırılır.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla