AZ

Çin ABŞ-da keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşır? – Blinkendən ETİRAF

“Birləşmiş Ştatlar 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə Çin tərəfindən müdaxilə etmək cəhdlərinə dair sübutlara malikdir”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Çinə səfərinin yekunlarına dair “CNN” telekanalına müsahibəsində deyib.

O bildirib ki, biz vəziyyətə təsir etmək və seçkilərə müdaxilə etmək cəhdlərinin sübutunu gördük:

“Çinin seçkilərimizə hər hansı müdaxiləsi bizim üçün tamamilə qəbuledilməz bir şeydir. Ona görə də əmin olmaq istədim ki, onlar bir daha bizim narahatlığımızı eşitdiklərini bildirərdilər”.

Dövlət katibinin sözlərinə görə, Vaşinqton Çinin və digər ölkələrin Birləşmiş Ştatlarda sosial parçalanmalara səbəb olacaq hərəkətlərindən narahatdır:

“Vaşinqton və Pekin hazırda əməkdaşlıq üzərində işləyir. Hesab edirik ki, ABŞ və Çin arasındakı rəqabət münaqişəyə çevrilməməlidir. Eyni zamanda, bu digər ölkələr üçün fürsət yaratmamalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla