AZ

Virtz "Bayer"də qalır

style='margin-bottom:10px;'>

"Bayer"in yarımmüdafiəçisi Florian Virtz öz gələcəyi ilə bağlı qərarını verib.

QOL.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu bu yay komandanı tərk etmək fikrində deyil.

O, 2025-ci ilin yayına qədər Leverkuzen təmsilçisində qalmağa hazırdır. Futbolçu ilə "Bavariya", "Real", "Mançester Siti" və "Liverpul"un yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, "Bayer" artıq Bundesliqada çempionluğu rəsmiləşdirib. Virtz isə bu komandanın heyətində cari mövsümdə 43 oyun keçirib, 17 qol vurub və 19 qolun ötürməsini verib. Transfermarkt portalı onun dəyərini 110 milyon avro qiymətləndirir.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla