AZ

“Real Madrid” Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq – KİV


“Real Madrid” fransalı hücumçu Kilian Mbappeni Madrid klubuna keçəcəyi təqdirdə 2024-cü il Olimpiya Oyunlarına buraxmağı planlaşdırmır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, “Real Madrid” rəhbərliyi komandanın heç bir futbolçusunun Parisdə keçiriləcək Olimpiadada iştirak etməyəcəyi ilə bağlı artıq Fransa Futbol Federasiyasına xəbərdarlıq edib.
Mətbuatda yayılan xəbərlərə görə, Mbappe yayda azad agent kimi “Real Madrid”ə keçəcək. Futbolçunun maaşı təxminən 30 milyon avro olacaq.
Qeyd edək ki, Mbappe 2017-ci ilin yayından PSJ-də çıxış edir. Paytaxt komandasının tərkibində o, beşqat Fransa çempionu, üçqat ölkə kubokunun qalibi olub. Bu mövsüm forvard bütün klub yarışlarında 43 oyun keçirib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla