AZ

Kreml sülh sazişinin imzalanması üçün Bakı-İrəvan təmaslarının tərəfdarıdır

Rusiya mübahisəli bütün məsələlərin tənzimlənməsi və sülh sazişinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır.Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib."Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq və hesab edirik ki, bu, tezliklə sülh sazişi imzalamaq məqsədilə ümumi gərginliyin azalması və gündəmdə duran bütün mübahisəli məsələlərin yekun tənzimlənməsi üçün lazımdır", - Kreml nümayəndəsi deyib.Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 26-dək 28 sərhəd dirəyi quraşdırılıb.

Seçilən
4
2
Mənbələr
Şərh ()
Bağla