AZ

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatdı


2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 34 388-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailin hücumları zamanı yaralanan fələstinlilərin sayı isə 77 437-yə yüksəlib.
Nazirliyin məlumatına görə, təkcə son 24 saat ərzində 32 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb.
Ölənlərin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və yol kənarlarında qalır. Nazirlik əlavə edib ki, İsrail qüvvələrinin yaratdığı maneələr nəticəsində təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmirlər.
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla