AZ

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycan

Bakı, 27 aprel, AZƏRTAC

Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə matçında “Gəncə” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 86:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 23-ə çatdıran “sarı-göylər” müntəzəm çempionatı doqquzuncu, “Sumqayıt” isə 24 xalla yeddinci pillədə bitirib.

Hər iki komanda daha əvvəldən pley-offa vəsiqə qazanmaq şanslarını itirmişdi.

Turun digər oyunlarında “Sabah" "Xəzri"ni 77:65, "Xırdalan" "Sərhədçi"ni 90:84, “Neftçi” isə “Sərhədçi”ni 73:69 hesabı ilə məğlub edib.

Aprelin 28-də oynanılacaq “NTD-İndiqo” – “Şəki” qarşılaşması ilə müntəzəm mövsümə yekun vurulacaq.

Seçilən
79
2
Mənbələr
Şərh ()
Bağla