AZ

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edildi

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü münasibətilə “Hamı rəqs edir!” adlı böyük bayram konserti olub.

Kulis.az xəbər verir ki, tədbir konsertin ideya müəllifi, xoreoqraf Lenay Seydəli-zadə və Bakıdakı Rus evinin birgə təşkilatçılığı ilə baş tutub.

Konsertdə “Dəcəl qızlar” ansamblı, “Baku Lindy Hoppers”, “Baku Tango Therapy” və “Baila” rəqs məktəbləri, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəqs qrupu, hind rəqsi ifaçısı Səidə Əliyeva, rəqqasə Aylin Bayramova, Bakı xoreoqrafiya Akademiyasının tələbəsi Mədinə Səmədova, pianoçu Ləman Qulamova, yazıçı-dramaturq Anara Axundova və başqaları iştirak ediblər.

Qeyd edək ki, Beynəlxalq Rəqs Günü hər il aprelin 29-da qeyd olunur.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla