AZ

Ukraynada Rusiyaya məxsus RLS sıradan çıxarılıb

27 aprel 2024 16:21 (UTC +04:00)
Ukrayna ordusunun zərbələri nəticəsində Rusiyaya məxsus “Podlyot” səyyar radiolokasiya stansiyası sıradan çıxarılıb.

İnterpress.az-ın “24tv.ua”ya istinadən xəbərinə görə, əməliyyatı adı çəkilən ölkənin Baş Kəşfiyyat İdarəsi həyata keçirib.

Nəticədə stansiyanın anten-fider sistemi yararsız hala düşüb.

Rusiyada silahlanmaya 2015-ci ildə qəbul edilən və qiyməti 5 milyon ABŞ dollarından artıq olan bu qurğudan hədəflərin aşkarlanaraq, “S-300/S-400” zenit-raket komplekslərinə ötürülməsində istifadə olunub.

Seçilən
61
6
Mənbələr
Şərh ()
Bağla