AZ

Daha bir cüdoçumuz Avropa çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 kq.) Avropa çempionu olub.

Offsideplus.az xəbər verir ki, Elcan hazırda bu kateqoriyada ən yüksək reytinqli cüdoçu olan gürcüstanlı Olimpiya çempionu — Laşa Bekauriyə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Cüdoçumuz final görüşündə macar cüdoçusu Kristof Totu məğlub edərək Avropa çempionu titulunu qazanıb.

Eyni zamanda Hacıyev daha əvvəl gənclər arasında Avropa çempionatında qızıl medal, dünya çempionatında isə iki bürünc medal qazanıb. Bundan əlavə, o, həm Qran Pri, həm də Böyük Dəbilqə turnirlərin mükafatçısı olub.

Seçilən
57
7
Mənbələr
Şərh ()
Bağla