AZ

Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...

Rusiyanın müşahidə və zərbə dronlarından geniş istifadə etməsi Ukraynanı ABŞ-ın verdiyi Abrams tankları ilə bağlı kritik qərar qəbul etməyə vadar edib.

 

Moderator.az xəbər verir ki, hər biri 10 milyon dollara başa gələn tankları qorumaq üçün Ukrayna hərbi rəhbərliyi onları cəbhə xəttindən çıxarıb. Məqsəd hücum üçün ideal vasitə hesab edilən bu tankları Rusiyanın dron zərbələrindən qorumaq, onları bu dronlara “yem etməməkdir”.

 

ABŞ Abrams tanklarının zirehinin dron zərbələrinə qarşı davamlı olduğunu iddia etsə də, Ukrayna bu iddianı indiki kritik məqamda test etmək niyyətində deyil. Kiyev hesab edir ki, Abrams tanklarından açıq hərbi əməliyyatlarda istifadə üçün lazımi məqam hələ yetişməyib. Yalnız səmada üstünlüyü təmin etdikdən sonra bu tankların imkanlarından istifadə etmək olar.

 

Seymur ƏLİYEV

 

 

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla