AZ

Cəlilabadda minik avtomobili yandı

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Amid Həsənova məxsus "VAZ 2107" markalı minik avtomobili qəfildən alışıb. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
7
Mənbələr
Şərh ()
Bağla