AZ

“Sabah” “Səbail”ə qalib gəldi

Bu gün Misli Premyer Liqasında 32-ci tura start verilib.

Yenisabah.az xəbər verir ki, turun açılış matçında "Sabah" evdə "Səbail"lə qarşılaşıb.

Matç meydan sahiblərinin qələbəsilə başa çatıb - 2:0. Bu qələbə ilə xalını 49-a çatdıran "Sabah" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. 47 xalla 4-cü pillədə olan "Sumqayıt" sabah "Qarabağ"a qalib gəlsə, yenidən 3-cü pilləyə qayıdacaq.

Qeyd edək ki, turun digər matçları 28 və 29 aprel tarixlərində oynanılacaq. 

 

18:00. “Sabah” – “Səbail” - 2:0

Qol: Con İrasabal, 22, Cesse Sekidika, 39 

“Bank Respublika Arena”


Telegram kanalımız
Seçilən
89
3
Mənbələr
Şərh ()
Bağla