AZ

Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub

"Korporasiyanın iki sabiq prezidenti barəsində iqtisadi cinayətlərlə bağlı maddələr üzrə cinayət işləri açılıb..."
 
Moskvanın hüquq-mühafizə orqanları "Enerqiya" raket-korporasiyası şöbələrindən birinin rəisinin ölüm şəraitini öyrənir. Mərhumun cəsədi Rusiya paytaxtının şimal-şərqində yaşayış evinin pəncərələri altında aşkar edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Moskovski komsomolets" qəzeti yazıb.
 
Məlumatda deyilir ki, baş vermiş hadisə şahidindən təcili xidmətlərə səhər saat onun yarısı zəng edilib. Hadisə yerinə gələn həkimlər ölümün baş verdiyini qeyd edib.
 
Məhz nəyin baş verməsi barədə nəşr məlumat vermir və həlak olanın adını çəkmir, yalnız 72 yaşında və texnika elmləri namizədi elmi dərəcəsi olduğu deyilir.
 
"Enerqiya" raket-kosmik korporasiyası kosmik gəmilər, planetlərarası ekspedisiyalar üçün sistemlər və telekommunikasiya kosmik sistemlərinin işlənib hazırlanması ilə məşğuldur. Hazırda şirkətə İqor Ozar rəhbərlik edir. 
 
Korporasiyanın iki sabiq prezidenti Vladimir Solntsev və Vitali Lopota barəsində iqtisadi cinayətlərlə bağlı maddələr üzrə cinayət işləri açılıb.
 
Sonuncu "Enerqiya"ya doqquz milyard rubl (97 milyon 650 min dollar-red.) məbləğində zərər vurulmasında ittiham edilir.
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla