AZ

“Forza Neftçi”nin cavabı gecikmədi

Xəbər verdiyimiz kimi “Neftçi” komandanın oyunlarını boykot edən “Forza Neftçi”ni və digər azarkeşləri qarşıdakı 5 oyunda kollektivin yanında olmağa çağırdı.

“Football-plus.az” xəbər verir ki, fanklubun cavabı özünü çox gözlətmədi. “Forza Neftçi” klubun çağırışından dərhal sonra bəyanat yayaraq, tribunalarda olacaqlarını açıqladı. Sözügedən mətni təqdim edirik:

“Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də, keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.
Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib ,son zamanlar baş verənlərin və flaqmanın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin - 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.

Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Sizlər də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz”.


Xatırladaq ki, “Forza Neftçi” fanklubu martın 8-dən etibarən komandanın oyunundan narazı qaldığı üçün bütün oyunları boykot etmişdi.
Seçilən
54
5
Mənbələr
Şərh ()
Bağla