AZ

“Neftçi” azarkeşlərinə müraciət etdi

Furbol tariximizin ən qoca klubu sayılan “Neftçi” azarkeşlərinə çağırış edib.

“Football-plus.az” xəbər verir ki, “ağ-qaralar” azarkeşlərinə müraciət edərək, onları çətin durumda olan komandanın yanında olmağa çağırıb. Sözügedən mətni təqdim edirik:

Əziz "Neftçi" azarkeşləri!
Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda "Neftçi" adına hamımızın birləşmək zamanıdı. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odu ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.
“Neftçi" ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdı!

Xatırladaq ki, “Forza Neftçi” fanklubu qane edici nəticələr əldə etmədiyinə görə komandanın oyunlarını boykot edib.
Seçilən
50
9
Mənbələr
Şərh ()
Bağla