AZ

Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"

Müğənni Xuraman Şuşalı “Həftənin qonağı” verilişinin qonağı olub.

Publika.az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb.

“Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mənə zəng vurmuşdular, deyəsən verilişin adı “Evə gəl” idi. Mən də yola verməkdə bir nömrəyəm. Çəkiliş olacaqdı, yatıb qalmışam. Maşın sürə-sürə makiyaj edib çatdırdım özümü. Elçin onda rəhmətlik anamı da çəkirdi. Namaz vaxtı gəldi, Elçin çəkilişi dayandırdı gedib namazını qıldı. Ay Allah, oradaca o, anamın gözündə ucaldı. Onda mən ona aşiq olmamışdım. Əvvəl elə bilirdim mən onu evlilik tələsinə salmışam, amma sən demə o məni salıbmış. Elçinlə çox gözəl münasibətimiz var. Biz onunla ilk dost olmuşuq. Həmin çəkilişdən sonra ona hörmətim artdı. Gözəl-göyçək qızam, mənə baxmamaq nə bilim, kişi olasan və mənə baxmayasan. O elə həyalı idi ki... Mən onun həyasını sevdim. Bir insan olaraq. Şükür Allaha ki, hələ də elədir, yoxsa onu öldürərdim. Göz-qaşı qaynayan oğlanla ailə qurmazdım.

Ailədə qərarları hər ikimiz veririk. O, çox ağıllıdır. Çox çalışıram ki, onun ağlına çatım. Elçindən səbri öyrənirəm. O, mənim kimi adama dözürsə, deməli səbirlidir. Həmişə deyirəm ki, görəsən hansı hərəkətimin mükafatıdır. Elçin də mənim üçün deyir. Amma arada Elçinə deyirəm ki, hansı günahlarımın cəzasısan. Amma zarafatla deyirəm. Elçini çox tərifləmək istəmirəm. Qorxuram, birdən nə vaxtsa məni yanıldar və o tərifi dediyimə görə peşman olaram. Elçinin xəstə olmasından çox qorxuram. Bilmirəm, bəlkə də atam xəstə olub deyə o qorxu var məndə”.

Seçilən
68
50
Mənbələr
Şərh ()
Bağla