AZ

Bakıda toydan çıxan rəqqasə qəzaya uğradı - Fotolar

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq KIA markalı avtomobilinə əyləşib.

Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn KIA markalı maşın çırpılıb. Daha sonra həmin avtomobil yol ayrıcındakı nişana çırpılaraq dayanıb. Qəza törədən sürücü xəsarət alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər.


Telegram kanalımız
Seçilən
42
18
Mənbələr
Şərh ()
Bağla