Misli premyer-liqasınım 32-ci turunda “Neftçi” “Turan Tovuz” ilə qarşılaşmada 3 oyunçusunun köməyindən yararlana bilməyəcək.
“Football-plus.az” xəbər verir ki, sözügedən futbolçular Emil Balayev, Mark Tamaş və Yeqor Boqomolskidi. Belə ki, Emil bərpa prosesi keçirdiyi üçün Tamaş ilə Boqomolski isə cəzalı olduqlarına görə matçı buraxmalı olacaq.