AZ

Cüdo: Azərbaycan millisi yenə Avropa ikincisi oldu - ARENA.AZ

Cüdo üzrə Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunmuş Avropa çempionatını 2-ci pillədə bitirib.

Arena.az xəbər verir ki, yığmamız yarışı 2 qızıl və 1 gümüş medalla başa vurub.

Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (90 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Balabəy Ağayev (60 kq) isə yalnız finalda uduzub və gümüş medalla kifayətlənib. 4 cüdoçumuz isə bürünc uğrunda görüşü məğlubiyyətlə başa vurub.

Qitə çempionatında ən yüksək nəticəyə Gürcüstan imza atıb (2-2-3). Fransa komandası 6 medalla 3-cü olub (1-2-3).

Qeyd edək ki, cüdo yığmamız ötən il Monpelyedə keçirilən Avropa çempionatında da 2 qızılla 2-ci yeri tutmuşdu.

Yeri gəlmişkən, Azərbaycan millisi son 31 ilin ən yaxşı nəticəsinə imza atıb. Komandamız 1993-cü ildən bəri belə məhsuldar Avropa çempionatı keçirməmişdi.

Xatırladaq, Elcan Hacıyev bu yarışda 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. O, rəqibləri arasında olan gürcüstanlı, Olimpiya çempionu və bu kateqoriyada nömrə bir cüdoçu – Laşa Bekaurini məğlub edib.

73 kq çəki dərəcəsində dünya reytinqində nömrə 1 olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu uğurla qoruyub.

Balabəy Ağayev 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. Digər cüdoçularımız Turan Bayramov (-60 kq), Aydan Vəliyeva (-52 kq), Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq.) 5-ci yeri tutublar.

Seçilən
111
14
Mənbələr
Şərh ()
Bağla