AZ

Birinci sinif şagirdi böyük bacısını öldürməyə cəhd edib

...İnquşetiyada iki uşaq arasında dava az qala qətllə bitəcəkdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda həkimlər 14 yaşlı qızın həyatını xilas edirlər

Qeyd edək ki, hadisə ötən cümə günü, aprelin 26-da respublikadakı evlərin birində birinci sinif şagirdi və onun böyük bacısı arasında yaşanıb.

Belə ki, bacı-qardaş arasında mübahisə düşüb və münaqişə zamanı oğlan mətbəx bıçağını götürərək bacısının ürəyindən bıçaqlayıb.

Xəsarət alan məktəbli Nəzrandakı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. ...Hesabatda qeyd olunur ki, uşaqların anası eyni, ataları isə fərqlidir. Yəni uşaqlar ögeydirlər.

Yerli polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb və işin başlanılıb-başlanmaması barədə düşünür.

...Valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə uşaqların anasına qarşı protokol tərtib edilib.

Nazlı

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla