AZ

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

“Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti, üçü Kursk vilayəti, ikisi Belqorod vilayəti, üçü isə Kaluqa vilayəti ərazisi üzərində”, – MN bildirib.

Xatırladaq ki, ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın ən yeni “Podlyot” radiolokasiya stansiyasına zərbə endirildiyinin görüntülərini dərc etmişdi.

Seçilən
74
7
Mənbələr
Şərh ()
Bağla