AZ

Öz əcdadını tapa biləcəyin ensiklopediya çap olundu - FOTO

Ensiklopedik vəsait olan “1849-cu il Lənkəran qəzasının kameral təsviri” kitabı bu yaxınlarda ikinci dəfə çap olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 863 səhidəlik kitabda Astara, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad və Biləsuvar rayonları ilə bərabər eləcə də Sabirabad, Saatlı və İmişli rayonlarının Kürdən cənubda doğru yerləşən bütün yaşayış məntəqələrinin əhalisinin siyahıya alınması verilib.  

Kameral təsvirlə yanaşı, həmçinin regionun əhalisinin tarixi keçmişinə dair geniş tədqiqat materialları da təqdim olunub.

Matereallar xəritələri, statistik məlumatları da əhatə edib. Bu vəsaitlə regon əhalisi öz əcdadlarının adlarını, şəcərələrini, doğma diyarlarının, kəndlərinin tarixlərini də öyrənə bilərlər.
Çoxsaylı sənədlər müəlliflərin səyi nəticəsində tərcümə olunmuş, tədqiq olunmuş və oxuculara çatdırıla biləcək hala salınıb. 


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla