AZ

Respublika ərazisində tütün məmulatları bahalaşacaq?

Azərbaycanda tütün məmulatını idxal və istehsal edənlərin qeydiyyatı aparılacaq və bu sahədə fəaliyyət göstərənlərin qarşısına yeni tələblər qoyulacaq.

Bizim.Media xəbər verir ki, bunu qqtisadçı Razi Abasbəyli “Sputnik Azərbaycan” nəşrinə deyib.

Onun sözlərinə görə, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması müsbət addımdır.

"Amma eyni zamanda tütünçülüyün inkişaf etdirilməsi üçün marketinq, investisiyanın təşviqi işləri həyata keçirilməlidir. Bazarlara daha keyfiyyətli məhsul çıxarmaqla rəqabət imkanlarını artırmaq olar. Əgər bütün bu işlər paralel olaraq həyata keçirilsə, bu addımlar yaxın gələcəkdə iqtisadiyyatımıza müsbət təsir göstərə bilər", - qeyd edilib.
İqtisadçı hesab edir ki, qanuna dəyişikliyin tütün məmulatlarının qiymətinə birbaşa təsiri gözlənilmir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla