AZ

“Döş qəfəsində ağrı və kardiovadkulyar riskin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib

Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Döş qəfəsində ağrı və kardiovadkulyar riskin qiymətləndirilməsi” mövzusunda təlim xarakterli elmi tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə müəssisənim müxtəlif ixtisaslı həkim kollektivi iştirak edib.

 

Təlimin məruzəçisi Respublika Klinik Xəstəxanasının Kardiologiya şöbəsinin həkim-kardioloqu Mehriban İsgəndər öz məruzəsində pasiyentlərin ürək-damar riskinin qiymətləndirilməsinin və döş qəfəsində yaranan ağrıların səbəbinin vaxtında aşkar edilməsinin həyatqurtarıcı mahiyyətini klinik protokollar və klinik hallar üzərindən vurğulayıb.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla