AZ

Bir daha Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanması haqda – BU DƏFƏ MİR ŞAHİNİN TƏQDİMATINDA

Xəbər verdiyimiz kimi, aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib.Senzor.az xatırladır ki, mərasimdə Azərbaycan Ordusunun, Türkiyə və Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti, həmçinin hər iki ölkənin respublikamızdakı səfirləri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.Həmin saatlarda “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev də öz çəkiliş qrupu ilə mərasimi izləyənlər arasında olub. Müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramı üçün xüsusi buraxılış hazırlayıb.Dünən axşam saatlarında REAL TV-nin efirində yayımlanan xüsusi buraxılışda tanınmış jurnalist təklif edib ki, “Bu tarixi yadda saxlayaq-26 aprel 2024 cü il. Qardaş Türkiyə və Rusiya Federasiyasının birgə monitorinq mərkəzi öz fəaliyyətini bu gün yekunlaşdırır. Arayıcılıq, vasitəçilik anlayışına rəsmən xitam verilir. Çünki Mərkəz məhz tərəflər arasında atəşkəs rejimini, asayiş prosesini fasiləsiz nəzarətdə saxlamaqdan ötrü xidmətdə idi. Artıq Qarabağ münaqişəsi yoxdur, deməli, münaqişə tərəfləri ifadəsi də yoxdur, eyni səbəblərdən sülhməramlı qüvvələr də yoxdur, deməli, birgə monitorinq missiyasını da tarixə yola salmalıyıq....Necə deyərlər, səmanı bundan sonra öz şahinlərimizə, öz göyərçinərimizə tapşırırıq. Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi ilə ölkəmizin həm də hərbi bütövlüyü tam təmin olunur. Dövlətimizin ərazisində yalnız Müzəffər Ali Baş komandan İlham Əliyevə tabe olan silahlı qüvvələr mövcuddur...Qarabağın səması bundan sonra daha şərikli monitorinqə məruz qalmayacaq. Bu monitorlar, bu müşahidəçi gözlər, bu hərbçilər kinoxronikaya, tarixə köçəcəklər...”.Mir Şahin Ağayev onu da vurğulayıb ki, bu günə addım-addım, atəş-atəş, səngər-səngər, dağları, qayaları dişimizlə gəmirərək gəlmişik. Nə qədər şəhid vermişik. Vücudunu qurban verən qazilərimiz var. İndi qarşımızda çaxnaşmaya düşən, öz dövlətinə ağ olan, Ermənistanın rəsmən etiraf etdiyi reallıqla barışmaq istəməyən erməni sakinlər var. Onlar öz iqtidarlarını satqın adlandırırlar. “Ölərik, geri çəkilmərik” deyirlər, amma həm də çəkilirlər: “Maraqlıdır, ermənilər Qazaxla sərhəddə delmitasiyaya qarşı aksiyalar keçirirlər. Amma nədənsə ənənəvi Qərb arbitrləri delimitasiyaya mane olan destruktiv ermənilərə sadəcə susurlar. Halbuki Makron Laçın yoluna Paşinyanın boynunda gəlməyə hazır idi. Nə əcəb dillərini dinməz yerlərinə qoyublar?!...Amma Azərbaycan öz yoluna davam edir. Heç nəyə baxmadan. Dörd kənd, məsələn Əskipara Aşağı Əskipara artıq Azərbacan Qanunlarının ərazisinə daxil olub. Aşağı Əskipara qürurumuzdan bayraq kimi baxanlarla yanaşı bir ovuc əski parası da, aşağı da var. Məhz əski parası və aşağı.Baxın əsgərimiz bayraq qaldırır. Bu yalnız dörd kəndin qaytarılması demək deyil. Həm də iki dövlət arasında on illərdir gözlənilən sülh sazişinin imzalanması üçün nəhayət ki yaranan imkandır. Rusiya sülhməramlıları gedir... Azərbaycan Ordusu, təhlükəsizlik qüvvələri və polisi gəlir. Bu gün son günlərini yaşayan Mərkəz bağlanır. Dövlətimiz faktiki olaraq misilsiz tarixi hadisələrdən keçir. Sadəcə Bəxtəvərlik, xoşbəxtlik vaxtıdır. Və elə bu zaman...”Daha ətraflı “Mir Şahinin vaxtı”nın xüsusi buraxılışında. Mütləq baxın. Baxın və bir çox məqamları həmişəlik yadda saxlayın...

Seçilən
0
Mənbələr
Şərh ()
Bağla