AZ

Zelenski nəyi gizlədir? - ŞOK İDDİA

Vladimir Zelenskinin Ukrayna ordusunun itkiləri ilə bağlı fevral ayında açıqladığı rəqəmlər olduqca aşağıdır.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" adının çəkilməsini istəməyən ukraynalı deputata istinadla məlumat yayıb.

“Kiyev daha ​​çox qüvvə səfərbər etmək və ukraynalıları cəbhə bölgəsinə getməyə ruhlandırmaq üçün bir yol tapmalıdır. Zelenski 31 min hərbçinin öldüyünü deməklə ordunun real itkilərinin sayını xeyli aşağı salır. Ukrayna rəhbərliyi itkilərlə bağlı məlumatları gizlədir, bunun artıq çətin gedən kadr və səfərbərlik səyləri üçün mənfi nəticələr verəcəyindən ehtiyatlanır”, - nəşr bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti ilə bağlı başqa bir iddianı isə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo irəli sürüb.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla