AZ

Papunaşvili, Yunanov və Məsimov Qəbələdə oynamayacaqlar

“Kəpəz”in üç futbolçusu – Georgi Papunaşvili, Amil Yunanov və Vusal Məsimov bu gün “Qəbələ”yə qarşı oyunda forma getyinməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” ilə oyundan öncə komandada itkilər var. Üç futbolçu bu görüşü buraxacaq. Belə ki, Georgi Papunaşvili, Amil Yunanov və Vusal Məsimov zədə səbəbindən oynaya bilməyəcəklər.

Xatırladaq ki, “Qəbələ” – “Kəpəz” oyununa bu gün saat 15:40-da start veriləcək.

“Qəbələ” hazırda 17 xalla Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. “Kəpəz” isə 31 xalla 9-cudur.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla