AZ

"Tiflisdə anlaşıblar, Zəngəzur dəhlizi açılır" - Qeqamyan

Türk dəhlizinin (Zəngəzur) açılması prosesi sürətləndirilib.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Varujan Qeqamyan deyib.

Ekspert Türkiyədən məsələ ilə bağlı verilən son açıqlamaya da diqqət çəkib:

“Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan mahiyyətcə heç bir müqavimət yoxdur, üstəlik, bu yaxınlarda Gürcüstanda (Tiflis) türkiyəli nazir müavininin də iştirak etdiyi görüş çərçivəsində bu mövzuda Ermənistan-Türkiyə müzakirəsi aparılıb”.

Qeqamyan artıq Ankara və İrəvanın bu mövzuda anlaşdığını istisna etmir:

"Dörd kəndin təhvil verilməsi və sərhəddəki son gəlişmələr Sünikdən (Zəngəzur) keçməklə Türk dəhlizinin açılması tələbinin yerinə yetirilməsini asanlaşdırır və sürətləndirir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla