AZ

Azərbaycanın nüfuzunun göstəricisi -ŞƏRH

İstər siyasi, istərsə də iqtisadi cəhətdən günü-gündən güclənən Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu dəfə isə ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-a ev sahibliyi edir.  Bu, Azərbaycanın güclü diplomatiyasının əlaməti və etibarlı tərəfdaş olduğunun təsdiqidir.

Bakı bu dəfə on minlərlə iştirakçını iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün qonaq edəcək. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamı kimi dəyərləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Tədbirin Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək. 

Bu forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verəcək.

Baş tutan formda Azərbaycanın bir çox dövlətlərlə ittifaqından, işğaldan azad edilən Laçın şəhərinin abadlaşdırılmasından, neft hasilatı, qaz təchizatı, sərhədlər, Zəngəzur dəhlizi, Ermənistanla münasibətlər və bir çox məsələlərə toxunulmuş, geniş müzakirə edilmişdir. 
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir.  

İradə Musayeva
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla