AZ

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib.

Müqavilənin şərtlərinə görə, "Oman LNG"də 5,54 % paya sahib Fransa şirkəti 10 il müddətinə Yaxın Şərq istehsalçısından MTQ alacaq. Nəqlin 2025-ci ildə başlanması gözlənilir. Şirkət müqavilənin məbləğini açıqlamır.

Fransa şirkətinin bəyanatına görə isə, "TotalEnergies"nin həmçinin Omanın "Marsa LNG" layihəsinə dair yekun investisiya qərarını qəbul edib. O, 80 %-i "TotalEnergies"ə, qalan 20 %-i Oman dövlət neft şirkəti OQ-ya məxsus olan "Marsa Liquefied Natural Gas" adlı müştərək müəssisə tərəfindən gerçəkləşdiriləcək.

Layihə 33,19 % müştərək müəssisəyə məxsus olan "Mabrouk North-East" yatağında sutkada 4,25 milyon kubmetr təbii qaz hasilini nəzərdə tutur. Çıxarılan qaz "Marsa LNG" zavodu üçün xammal kimi istifadə olunacaq. Layihə çərçivəsində şirkətlər Omanın Sohar limanında ildə 1 milyon ton gücündə MTQ istehsalı zavodu tikməyi də planlaşdırır.

Qeyd edək ki, Oman dünyanın 10 ən böyük MTQ təchizatçısından biridir. Son illərdə sultanlıq Avropa və Asiya-Sakit okean regionunda təbii qaz tələbatını ödəmək üçün əlavə istehsal gücünün yaradılmasına diqqət yetirir. "Oman LNG" ildə 10,4 milyon ton MTQ istehsal edir.


BiG.Az
Seçilən
31
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25346
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16552
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13802
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
13753
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11256
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10309
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10126
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9919
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9148
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7009
Səidə Sultan klipi üçün lüt soyundu
6810
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6107
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5862
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5459
Talıb Tale evlənir
5086
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4445
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
4343
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4071
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4062