AZ

Çevrilişə cəhd zamanı şəhid olan Ömər Xalisdəmirin qardaşı Bakıya gəlib

2016-cı il 15 iyulda qardaş Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı qəhrəmancasına şəhid olan Ömər Xalisdəmirin qardaşı Doğan Xlaisdəmir bu gün Bakıya gəlib.

Herbiand.az xəbər verir ki, Heydər Əliyev adına hava limanında onu “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və Ömər Xalisdəmirlə birgə təlimlərdə iştirak etmiş XTQ mənsubu, qazi Famil Fərəcov qarşılayıb.

Qonaq Bakıda bir sıra görüşlər keçirəcək. Hərbiyönümlü QHT-lər və rəsmi şəxslərlə görüşəcək, Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edəcək.

Xatırladaq ki, 2016-cı ildə Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı Öməs Xalisdəmir Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini zərərsizləşdirib. Bundan sonra çevrilişə cəhd edənlərlə qeyri-bərabər döyüşə girib və çevriliş tərəfdarı tərəfindən qətlə yetirilib.

Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ailəyə xüsusi diqqəti var. Şəhidin adı əbədiləşdirilib. Ömər Xalisdəmirin adına park, küçə, lisey və universitet var. Muzeyi təsis olunub.

Ömər Xalisdəmir Azərbaycan xüsusi təyinatlı qüvvələrin mənsubu ilə birgə təlimlərdə iştirak edib.

Herbiand.az

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla