AZ

“Azarkeşlərdən üzr istəyirəm”

“Qəbələ” Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Danışmaq çox çətindir. Qol imkanlarımızı dəyərləndirə bilmədik. Kobud səhvdən qol buraxdıq. Bu, tək bugünkü oyuna aid deyil. Mövsüm ərzində bir çox matçlarda belə olub. Fakt isə faktlığında qalır. Təəssüf ki, sonuncu yerdəyik.

– Gələcəklə bağlı planlarınız nədir?

– Bu gün üçün bir şey deyə bilmərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətimiz var. Gələcəklə bağlı müzakirələr olacaq. 15 il baş məşqçi işləmişəm. Karyeram ərzində 55-60 faiz qələbə göstəricisi var. Amma belə nəticələrlə öz imicimizi aşağı salmış olduq. Qapı xəttindən futbolçu qol vura bilmirsə… İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm. Bura kömək etmək üçün gəlmişdik. Amma nəticə olaraq özümüzü “öldürmüş” olduq.

– Sizcə, AFFA “Qəbələ”nin Premyer Liqada qalması üçün idman prinsiplərini pozmalıdır?

– Federasiyadan gözləntim, istəyim yoxdur. Mən kiməm ki? Baş məşqçiyəm. Qalıb-qalmayacağımla bağlı sual bu gün bilinmir. “Qəbələ”nin növbəti mövsüm harada oynayacağından, şərtlərindən, şəraitindən, klubun ambissiyalarından asılı olan məsələdir. Azarkeşlərdən üzr istəyirəm. Bura çox böyük ümidlə gəlmişdik. Amma bu, baş vermədi. Avropa Liqasının qrupunda oynamış komanda üçün bu durum faciədir.

Seçilən
53
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3002
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2533
Bakıda hoteldə yanğın başlayıb
2093
Bu yol qovşağında təmir işləri aparılacaq
2057
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1148
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1093
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
915
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
863
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
844
Çingiz Mustafayevin toyudur - FOTOLAR
811
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
768
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
712
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
620
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
612
Sabah 5 kəndin qazı kəsiləcək
608
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
600
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
563
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
530
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
485
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
482