AZ

"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"

"Belə dəyərləndirmə Putinin Navalnının ölümündə günahını şübhə altına almır..."
 
 "Mən Navalnının mübadiləsinə bir şərtlə razılıq vermişdim, o da mübadilədən sonra vətənə dönməyəcəyi olub..."
 
ABŞ xüsusi xidmət orqanları güman edir ki, Rusiya prezidenti Vladimir Putin "Qütb canavarı" koloniyasında saxlanılan müxalifətçi Aleksey Navalnının məhz fevralın 16-da dünyasını dəyişəcəyini planlaşdırmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumatlı mənbələrə istinadən yazıb.
 
"Belə dəyərləndirmə Putinin Navalnının ölümündə günahını şübhə altına almır", - məqalədə deyilir.
 
Nəşrin məlumatına görə, bu nəticəni Amerikanın kəşfiyyat birliyi, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Milli Kəşfiyyat Direktoru İdarəsi və Dövlət Departamentinin kəşfiyyat şöbəsi bölüşür.
 
Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, "The Wall Street Journal" nəşrində dərc edilən məqalədə Putinin Aleksey Navalnının ölümündə əli olmadığının sübutu o qədər də yüksək keyfiyyətdə deyil.
 
"Mən bu materialla tanışam. Mən bunun diqqət göstərilməsinə layiq olan yüksək keyfiyyətli material olduğunu deməzdim. Orada görünür şənbə günündə oxunması üçün boş mülahizələr var", - Peskov deyib.
 
Martın 18-də mətbuat konfransında Putin müxalifətçinin koloniyada ölümü barədə məlumatdan xeyli öncə siyasətçi Aleksey Navalnının mübadilə edilməsinə razılıq verib. 
 
Rusiya prezidenti deyib ki, onun mübadiləsi üçün bir şərti olub, bu da mübadilədən sonra Navalnının Rusiyaya dönməməsidir.
 
"Cənab Navalnıya gəldikdə, bəli, o, həyatdan gedib, bu, həmişə kədərli hadisədir. Bizdə azadlıqdan məhrum edilmə yerlərində həyatdan gedənlər həmişə olub, bəyəm Birləşmiş Ştatlarda belə hallar olmayıb? Olub, özü də dəfələrlə", - prezident deyib.
 
"Cənab Navalnının həyatdan getməsindən bir neçə gün öncə bəzi həmkarlarım, administrasiyadan deyil, bəzi insanlar cənab Navalnının Qərb ölkələrində həbsdə olan bəzi insanlarla mübadilə edilməsi ideyası olduğunu deyib. Siz mənə inana da, inanmaya da bilərsiniz.
 
Mənimlə danışan adam heç sözünü bitirməmiş mən dedim ki, razıyam. Lakin təəssüf ki, baş verənlər baş verib. Mən bir şərt irəli sürdüm: "Biz onu mühadilə edəcəyik, amma qoy geriyə dönməsin, elə oturduğu yerdə otursun". Amma bu, baş verib, daha heç nə etmək olmaz", - Putin deyib.
 
Fevralın sonunda Korrupsiya ilə Mübarizə Fondunun (KMF) hazırkı rəhbəri Mariya Pevçix deyib ki, Aleksey Navalnı Berlində qətlə görə ömürlük həbs cəzasına məhkum edilmiş FTX killerinə dəyişilməsi hazırlanıb. KMF demək olar ki, fevralın əvvəlində bu sövdələşməni təşkil edib.
 
"Navalnı yaxın zamanlarda azadlıqda olmalıydı, çünki biz onun mübadilə edilməsi qərarına nail olmuşduq", - o, deyib.
 
"Fevralın əvvəlində Putinə Berlində qətlə görə həbsdə olan FTX zabiti, killer Vadim Krasikovun iki amerikalı vətəndaş və Aleksey Navalnı ilə mübadilə etmək təklif edilib.
 
Mən danışıqların final mərhələsində olduğunun təsdiqini fevralın 15-də axşam almışam, fevralın 16-da isə Aleksey qətlə yetirilib".
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla