AZ

“Hər futbolçuya şans veriləcək”

Misli premyer-liqasının 32-ci turunda “Kəpəz” “Qəbələ”ni 1:0 hesabıyla məğlub edib.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra qərblilərin baş məşqçisi Adil Şükürovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bütün "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm və onları təbrik edirəm. Komanda mübarizə apardı, döyüşdü. Üç xalı alın tərimizlə qazandıq. Yeni mərhələyə keçirik. Bizdən öndə olan rəqibi keçməyə çalışacağıq.”


- Uğurunuzun sirri nədi?
- Rəhbərlikdən tutmuş, bütün işçilərə kimi hamının əməyi var. Hər kəs yumruq olaraq birləşdi. Bu gün bunun nəticəsini gördük. Bundan sonra yeni hədəflər var. Onlara doğru getməliyik.

- Sizcə premyer-liqada komanda sayı artırılmalı və "Qəbələ" çempionatda qalmalıdı, yoxsa idman prinsipləri qorunmalıdı?
- "Qəbələ" barədə onu deyə bilərəm ki, bu klub Azərbaycan futboluna çox fayda verir. Burda olan infrastruktur ölkədə ən yaxşısıdı. "Qəbələ"də futbolun sirlərini öyrənən bütün uşaqlara yardım etməliyik. Məncə, "Qəbələ" premyer-liqada qalmalıdı.

- Növbəti oyunlarda gənc oyunçulara şans verəcəksiz?
- Bu gün əsas heyətdə Cavadı meydana buraxdıq. Digər uşaqları da komandaya cəlb edirik. Hər futbolçuya şans veriləcək. Sadəcə olaraq oyunçular bu şansı qazanmalıdı.

- "Kəpəz"ə baş məşqçi təyin olunmamışdan öncə bir neçə il işsiz qaldınız. Sizə qarşı haqsızlıq olduğunu düşünmürsüz?
- "Zirə"dəki ilk ilimdə gümüş medal qazandıqdan sonra mənim üçün böyük şans oldu. Həmişə əsas komandanın quruculuğunda düzgün yolda olmuşuq. Akademiya qurulmasında da işimizi davam etdirdik. Tovuzda, Naxçıvanda akademiyanın qurulmasında böyük rolumuz oldu. Vaxt itirdiyimi düşünmürəm. Əksinə, öz işimizi daha da yaxşılaşdırdıq.
Küskünlüyüm yoxdu. Mənim üçün şans oldu ki, həm insanları tanıdım, həm də işimi təkmilləşdirdim.
Seçilən
71
Mənbələr
Şərh ()
Bağla