AZ

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var. 

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan “Toyota” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “Toyoto”-nun sürücüsü 1978-ci il təvəllüdlü Qax rayon sakini Qoqita Babacanaşvili və 1987-ci il təvəllüdlü Rəşad Nuru oğlu İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
124
25
Mənbələr
Şərh ()
Bağla