AZ

AFFA ukraynalı futbolçunu milliləşdirmək istəyir

Ukraynanın “Dnepr-1” klubunun futbolçusu Ramik Hacıyev Azərbaycan millisinə cəlb edilə bilər.

Bizim.MediaXSPORT.ua”ya istinadən xəbər verir ki, mayın 18-də Ukraynada səfərbərlik haqqında yeni qanun qüvvəyə minir və buna əsasən, 18 yaşdan 60 yaşa qədər bütün ukraynalı kişilər hərbi komissarlıqda 60 gün ərzində qeydiyyatdan keçməli və ya onu yeniləməlidir.

Ukraynalı həmkarlarımızın iddiasına görə, bununla bağlı Hacıyev Azərbaycan vətəndaşlığını qəbul edib, eyni zamanda da Ukrayna pasportundan imtina etmək istəyir. Ukraynada ikili vətəndaşlığa icazə verilmədiyi üçün Ramikin AFFA-nın təklifini qəbul edəcəyi gözlənilir.

Rəşad Rafiqoğlu,  Bizim.Media

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla