AZ

Ayxan Abbasov: "Neftçi" bu matça final kimi baxırdı"

Misli Premyer Liqasının XXXII turunda "Turan Tovuz" "Neftçi"yə 3:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçı şərh edib:

"Oyunun gərginliyini bilirdik. "Neftçi" bu matça final kimi baxırdı. Xal qazanmaq istəyirdik. Çempionatın sonunda gərginlik artır. Rəqib futbolçuların ustalığı ilə bizə qalib gəldi. Qollar çox istəmədiyimiz dəqiqələrdə oldu. Futbolçularımız yaxşı başlamışdı, hücum ,topa sahib. Rəqib ələ düşən imkandan istifadə etdi. Rahat bir penalti qazandılar. Birinci hissədə qol epizodumuz oldu, qola çevrilsəydi, ikinciyə yaxşı başlayardıq. Qırmızı vərəqə məsələni həll etdi. Çalışacağıq ki, xal ehtiyatımız artıraq, mövsümü istədiyimiz yerdə bitirək".

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla