AZ

“Bu mövsüm bizim üçün təcrübə oldu”

“Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. “Neftçi” bizə ustalıq sayəsində qalib gəldi. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. “Neftçi” birinci imkandan istifadə etdi, daha sonra penalti qərarı…Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyin həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik”.

MSport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 32-ci turunda “Neftçi”yə qarşı oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb:

– “Turan Tovuz” daha çox müdafiədə intizamlı oyunu ilə diqqət çəksə də, həm ötən turdakı “Sumqayıt”, həm də “Neftçi” ilə görüşdə müdafiənizdə xaos sezilirdi. Bu nə ilə bağlı idi?

– Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. “Sumqayıt”la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz olmadı. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdır. Mövsüm boyu yaxşı oyunlarımız, səhvlərimiz də olur. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəldi.

– Azarkeşlər bir çox epizodlara görə etiraz edirdi. Sizcə, “Turan Tovuz” öz səhvlərindən uduzdu, yoxsa hakim səhvlərinə görə?

– Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq. Birinci və ikinci dövrədə bizə qarşı bundan da böyük səhvlər olmuşdu. Bu gün bu haqda danışmayaq. Gələcəyə baxmaq lazımdır. Sadəcə elə qırmızı vərəqə almaq olmaz. (Sportal.az)

Seçilən
50
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4130
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3727
Bu yol qovşağında təmir işləri aparılacaq
3257
Bakıda hoteldə yanğın başlayıb
2795
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1904
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1745
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1577
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1573
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1524
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1376
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1316
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1232
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1217
Azərbaycan nefti ucuzlaşıb
1164
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1020
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1018
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
993
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
988
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
936
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
899